Deputat Gəncədə Cavad xanın heykəlinin ucaldılmasını təklif edib

Deputat Gəncədə Cavad xanın heykəlinin ucaldılmasını təklif edib

"Gəncədən Avropanın şəhərlərinə ucuz reyslər açılmasını təklif edirəm. Əminəm ki, bu uçuşların təşkili üçün ilk milli “lowcoster” Buta Airways öz töhfəsini verə bilər".

"Report" xəbər verir ki, bunu Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

O, Gəncədə Cavad xanın heykəlinin ucaldılmasını da təklif edib: "Gəncə şəhərində Azərbaycan tarixinin görkəmli şəxsiyyətlərindən biri, torpağı, vətəni uğrunda özünü və övladını şəhid verən Cavad xanın heykəlinin ucaldılması yaxşı olardı. Ölkəmizdə idmana göstərilən dövlət qayğısından hər birimiz sevinir, mütəşəkkil surətdə həyata keçirilən bu işdən fərəhlənirik. Daha bir təklifim isə Gəncə şəhərində məhəllələrarası idman meydançalarının yaradılmasıdır. Bu cür meydançaların salınması gənclərin sağlam həyat tərzi sürmələrinə, sağlamlıqlarını möhkəmləndirmələrinə, asudə vaxtlarını səmərəli keçirmələrinə şərait yaradar".

Deputat təkliflərini yazılı formada hökumətə təqdim etdiyini vurğulayıb.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə