Problemli kreditlərin həlli ilə bağlı qaydalar

Problemli kreditlərin həlli ilə bağlı qaydalar
Qaydalar Maliyyə Bazarlarına Nəzarət Palatası və Mərkəzi Bankla birgə hazırlanır

“Prezident İlham Əliyevin  “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın icrası ilə bağlı qaydalar hazırlanır”.

REAL xəbər verir ki, bunu Modern.az-ın sorğusuna cavab olaraq Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) mətbuat katibi Elşən Allahverdiyev bildirib.

E.Allahverdiyevin sözlərinə görə, qaydalar Maliyyə Bazarlarına Nəzarət Palatası və Mərkəzi Bankla birgə hazırlanır:

“Mərkəzi Bankla birlikdə bu Fərmanın 1-ci hissəsində göstərilən tələblər nəzərə alınmaqla, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), habelə həmin məbləğə hesablanmış faiz və dəbbəpulunu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən edəcək. Güzəştlər müəyyən edildikdən sonra  Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq olunacaq”.

Palata rəsmisi qeyd edib ki, qaydalar təsdiq edildikdən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə