Formula 1-də yenilik

Formula 1-də yenilik
Pilotların əlavə xal qazanmaq imkanı olacaq

“Formul 1” üzrə dünya çempionatının reqlamentində dəyişiklik edilib. Yeni mövsümdə dövrəni ən tez tamamlamağa görə 1 xal veriləcək. 

Lakin bunun üçün sürücünün finişə ilk “10-luq”da çatması əsas şərtdir. Bir xal həm pilotun, həm də Konsturktorlar Kuboku üçün komandanın hesabına əlavə olunacaq.

Beləliklə, dünya çempionatında iştiraka görə pilotlar əlavə xallar əldə edə biləcək.

Qeyd edək ki, “Formula 1”də oxşar qayda 1950 ci illərdə tətbiq olunub. 2019-ci il dünya çempionatı martın 17-də Avstraliyadakı “Albert Park” trasında başlayacaq.

21 mərhələdən ibarət mövsümə dekabrın 1-də Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək Abu-Dabi Qran-prisi ilə yekun vurulacaq. Azərbaycan Qran-prisi 26 - 28 aprel tarixlərində baş tutacaq.

Digər xəbərlər
Dünən
23 Mart

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə