“Neftçi”dən əzmkar qələbə, “Qəbələ” “Səbail”lə xal fərqini azaltdı

“Neftçi”dən əzmkar qələbə, “Qəbələ” “Səbail”lə xal fərqini azaltdı

Azərbaycan Premyer Liqasında XX tura yekun vurulub. Bu gün çempionat çərçivəsində iki oyun keçirilib.

Qəbələdə şəhərin eyniadlı komandası “Səbail”i qəbul edib. Turnir cədvəlində qonşu olan komandaların görüşündə üç qol vurulub.

3-cü yer uğrunda mübarizə aparan rəqiblərin duelində meydan sahibləri qələbə qazanıblar – 2:1. Ceyms Adeniyinin dubla imza atdığı qarşılaşmanı azlıqda başa vuran “Qəbələ” paytaxt təmsilçisi ilə xal fərqini üçə endirib. Nigeriyalı futbolçu isə qol hesabını 8-ə çatdırmaqla bombardirlər yarışında 2-ci yerə yüksəlib.

Turun son oyunu Sumqayıtda baş tutub. Çempionatın autsayderi olan eyniadlı komanda “Neftçi”ni sınağa çəkib. Meydan sahibləri matçın ilk yarısında hesabı açıb.

Bir günlük fasilədən sonra liderliyi geri qaytarmaq üçün bir xala ehtiyacı olan “Neftçi” 76-cı dəqiqədə hesabda tarazlıq yaradıb. “Qarabağ”la qarşılaşmadakı kimi yenə “ağ-qaralar” Mamadu Mbodjun qolu ilə status-kvonu bərpa edib. Bu epizod qonaqların müdafiəçisi Kiril Petrovla meydan sahiblərinin qapıçısı Mehdi Cənnətov arasında gərginliklə diqqət çəkib.

Baş hakim Rəşad Əhmədov ukraynalı legionerə sarı, qolkiperə qırmızı vərəqə göstərib. Gərgin keçən görüşün sonluğunda referi “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasovu da texniki zonadan kənarlaşdırıb. Final fitinə üç dəqiqə qalmış Ömər Buludovun vurduğu qol ölkənin ən titullu klubuna qələbə qazandırıb. Bu, “Neftçi”nin “Qarabağ”ı 2 xal arxada qoyması üçün kifayət edib.

Qeyd edək ki, turun ilk günündə “Qarabağ” “Zirə” ilə qolsuz heç-heçəyə imza atıb, “Keşlə” isə “Sabah”ı böyükhesablı məğlubiyyətə uğradıb – 3:0. (ONA)

Digər xəbərlər
Dünən
23 Mart

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə