Mir Şahinin vaxtı (VİDEO)

Mir Şahinin vaxtı (VİDEO)

...Xocalı günü üçün xüsusi buraxılışa niyə ehtiyac duyduq?! Cavab sadədir. Ona görə ki, Xocalı Xüsusi gündür. İçində həmişə elan olunmamış fövqəladə vəziyyət saxlayan, XÜSUSİ GÜN. Bu gün kiminsə siyasi, revanşist, nə bilim daha hansı ist iddiası olmamalıdır. Xüsusilə Azərbaycan Xalq cəbhəsi və Müsavat partiyalarının avantürist liderlərinin, onların ayrı-ayrı partiyalara soxulmuş, künc-bucağa çəkilmiş xaos sevgili veteranlarının. Özü də nəinki iddiası e, heç haqqı da olmamalıdır. Ona görə ki, məhz onlar-İsa Qəmbər, Əli Kərimli, Arif Hacılı və başqaları da daxil olmaqla qeyri-peşəkar siyasətçilərin dövlət başına gəlmək iddiaları nəticəsində ölkə 90-cı illərdə hərc-mərcliyə, idarəolunmazlığa yuvarlanmışdı. Məhz onlar o zamankı prezidenti proseslərə nəzarəti itirməyə məcbur etdilər. Məhz onlar 3 ayda iki dəfə çevriliş etdilər. 1992-ci il, mart ayının 6-da və may ayının 15-də.    Səbəb də bu gün guya heç nə olmamış kimi, qəhrəmani bir əda ilə yad etməyə gəldikləri Xocalı idi. Güruh liderləri Xocalı soyqırımının baş verməsinə görə məsuliyyəti prezidentin üzərinə yıxdılar.

Bayırın ali Sovetdəki təmsilçiləri Mütəllibov və tərəfdarlarını Parlament Binasında blokadada saxlayaraq sonda dövlət başçısını martın 6-da istefa verməyə vadar etdilər. Hadisəni araşdırmaq məqsədilə yaradılmış deputat-istintaq komissiyası  Mütəllibovun günahsız olmadığını elan etsə də, may ayının 14-də onun Prezident kimi öz fəaliyyətini davam etdirməsinə hüquqi şərait yaratsa da  mayın 15-də Xalq Cəbhəsinin avanqardlığı ilə, silahla, hərbi texnika ilə təmin olunmuş qüvvələrin iştirak etdiyi izdiham Prezidenti yenidən devirdi...

Təkrar edirəm, bunu edənlər məhz o qüvvələr idi ki, 89-92-ci illərdə, hər gün Prezidentə Qarabağın, o cümlədən Xocalının müdafiəsini təşkil etməyə hər vəchlə mane olmuşdular. Xocalı Kərbəlası həm də bunun nəticəsində yaşanmışdı. Və bu gün əslində o faciəyə görə mənəvi, və bəlkə  həm də mənəvi məsuliyyət daşımalı olan qüvvələrin Ana Harayı abidəsi qarşısına şəstlə gəlməsi ən böyük ədalətsizlikdir, milli ehtiram kimi, xalq, onun real keçmişi, tarixi xatirələri kimi anlayışlara tüpürməkdir. Bu abidənin qarşısına Əli Kərimli də, İsa Qəmbər də, adlarını çəkməyə ərindiyim bir çox başqa keçmiş cəbhəçilər, əqidəsini soyunmuş cəbhəsizlər də gəlməlidirlər. Razıyam ki, adi, sıravi yox, bizim kimi yox. Onların statusu xüsusi olmalıdır.  Amma heç də Əli Kərimli-İsa Qəmbər və başqalarının bu gün iddia etdiyi yuxarı başda yox. Laaaaap aşağıda.  Onlar bura hər il başıaşağı gəlməli, üzr istəməli, diz çöküb əfv diləməlidirlər.Daha hər kəsin riayət etdiyi asayiş qaydalarını pozub, bulaşıq ayaqqabı, batmış başqabı ilə yuxarı başa keçməyə cəhd göstərmək, xalqın heysiyyatına, hissiyyatına sayğısızlıq göstərmək kimi layiqsiz iddialara düşməməlidirlər.  Ona görə ki, zaman keçir, emosiyalar səngiyir, ağıl üstün gəlir və hadisələrə yeni gözlə baxmalı olursan.  Bax elə bu səbəbdən də Azərbaycanda Qarabağ problemiylə eyni vaxtda baş qaldıran müxalifət problemi də getdikcə mənə bir əjdahanın iki başı kimi görünür.

Ona görə də tez-tez bu fikrə gəlirəm ki, bu gün xaos müxalifəti adlandırdığlm bu qüvvələr elə 1989-90-cı illərdə Polyaniçkonun Yaratdığı Alimlər Klubunun xüsusi təyinatının Azərbaycan əleyhinə apardığı əməliyyatı eynilə davam etdirirlər. Elə ona görə də Paşinyanın Tehranda, “Qarabağ Ermənistanındır!” şüarı  fonunda çəkdirdiyi selfiylə Xocalı soyqırımı abidəsi qarşısında şəkil çəkdirən bu qüvvələr eyni fotoqrafa gülümsəyirlər. Ona görə də Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin Direktoru Artur Vanesyanın təxminən eyni vaxtda Fizuliylə sərhəddə “Qarabağın bir santimetrini də Azərbaycana verməyəcəyik!” deyə verdiyi bəyanat həm də Əli Kərimli və Cəmil Həsənlinin ağzından çıxır. Bu gün biz İran İslam Respublikası Prezidentinin  Ermənistan Prezidentilə isti təmasını pisləyəndə əlbəttə haqlıyıq. İranla Qardaşlıq, dostluq, kədər və sevinc müttəfiqliyi paylaşan, öz kiçik boyu və 20 faiz ərazi yarasına baxmayaraq  ən çətin məqamlarda belə İran İslam Respublikasını ayağa verməyən rəsmi Bakı üçün Rohaninin gah Azərbaycanın keçmişinə ərazi iddiası irəli sürməsi, gah da Xocalı soyqırımı günü Paşinyanla təbəssüm mübadiləsi aparması anlaşılmaz və çox ağrılıdır. Qəzəbləndirir. Mən bir vətəndaş kimi, bir jurnalist, ictimai vahid kimi İranın Ən yüksək dairələrindən anlaşıqlı izahat gözləyirəm. Bu mənim haqqımdır. Hər bir azərbaycanlının haqqıdır. Amma gəlin razılaşaq ki, İran ayrıca dövlətdir. Öz müstəqil siyasəti, əlahiddə marağı olan ayrıca dövlət. Unutmayaq: yan həm də fars şəkilçisi ola bilər. Nəhavəndiyan, Şəcəryan və ya Paşinyan... Biz uzağı küsə, inciyə, hətta nota göndərə bilərik. Amma iki dövlət bir millət demişkən, həpsi bu. Bəs bu adamla neyləyək? Bəs bu ADAMLA neyləyək?  Axı o azərbaycanlıdır, adamdır, xəstə olsa da. Vidadi İskəndərli. Bizim dildə danışır. Üstündə, bəklə də altında bizim adı gəzdirir. Axı bizim dili başa düşənlərin heç də hamısının onun psixi problemlərə malik biri olduğundan xəbəri yoxdur...

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə