Xocalının Vaxtı (VİDEO)

Xocalının Vaxtı (VİDEO)

Xocalı vaxtıdır. Elə buna görə də hər kəsi öz mövqeyində açıq və konkret olmağa çağırıram. Bu gün tərəfsizlik şərəfsizlikdir. Fevral şikəst aydır. Tarixən ilin qalan 11 ayı kimi deyil. Çatışmır. Xocalıda əlini, qolunu, gözünü, ismətini itirmiş kimi nəyisə, kimisə çatmır. Xocalıdakı vətəndaşlığımıza bənzəyir.

Bu dəfə də təqvimdə Xocalı ayı, matəm günü, sükut dəqiqəsi idi. Hamı sükuta dalanda hər şeyi daha aydın eşitmək, görmək mümkün olur. Mən də gördüm. Gözümüzün qabağında iki yol vardı. Bunlardan biri dövlət yolu, vətən yolu. Bu kadrlara baxın. Onları anım günü ərzində demək olar ki, bütün yerli kanallar göstərib. bir də baxın. 50-60 minlik möhtəşəm bir izdiham irəliləyir. Öz liderinin ardınca. Yolunu, hədəfini dəqiq nişanlayaraq.

Prezident, ömür-gün yoldaşı, ailəsi və böyük mənada bu ailənın tərkib hissəsi olan izdiham, xalq. Onların yolu birdir. Eynidir. Bu, vəhdət və birlik yoludur. Sükutla gedilir, sakit gedilir. Amma eyni zamanda bu susqunluğun içində addımların səs verməsi, ayaqların referendumu var. Başı üzərinə qaldırılmış lövhələr, şüarlar və çağırışlarla hər kəs əslində Azərbaycanın ərazi bütövlüyünə, onun toxunulmazlığına, Ali baş komandanının güzəştsiz iradəsinə növbəti dəfə səs verir. Yollardan ikincisi isə antidövlət, antivətəndır. O yol burda itir. 1990-cı illərdən başlayaraq həmişə ən vacib zamanlarda itən, yolçusunu azdıran, onu gah qanlı  yanvarda, gah iyun üsyanında, gah Qarabağ döyüşlərində yarıyolda qoyan, bir əlilə qan, o birində isə sakit-sakit öz evində çay içənlərin yolu. Bu yol camaat arasına, xalqın içərisinə doğru itir. Amma nə qədər ərisə də dibində bu qədər də olsa çöküntü qalır. Burda milli şura adını siz görməsəz də mən kiçik hərflə deyirəm. Bu balaca topa neçə gündür kı, Azərbaycanda az qala bütün prosesləri idarə etdiyini təlqin edir. 19 yanvarda bütün mümkün və qeyri mümkün səbəb və qüvvələrin birləşməsindən yaratdıqları mitinqin eyforiyasından çıxa bilməyən, hətta onun Bakı şəhər İcra Hakimiyyətinin icazəsilə baş tutduğunu belə unudan kütləbaşlar nədənsə eyni aqibəti öz azarkeşlərinə bu dəfə, “Ana harayı”nın hüzurunda yaşada bilmədilər.

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə