Sahil Babayev şəhid ailələri ilə görüşdü - VİDEO

Sahil Babayev şəhid ailələri ilə görüşdü - VİDEO

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayev Qarabağ müharibəsi əlilləri və veteranları, şəhid ailələri, tərxis olunmuş hərbçilərin bir qrupu ilə görüşüb.

REAL xəbər verir ki, nazir ötən dövrdə şəhid ailələrinin, müharibə əlillərinin və veteranların sosial müdafiəsinin gücləndirilməsi sahəsində aparılan işlərdən, habelə əmək, məşğulluq, sosial təminat, əlilliyin qiymətləndirilməsi, reabilitasiya sahələrində həyata keçirilən islahatlar barədə məlumat verib.

Görüşdə Milli Məclisin deputatı Flora Qasımova, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri Umud Mirzəyev, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehdi Mehdiyev və başqaları çıxış edərək həssas qrupların rifah halının yaxşılaşdırılması məqsədilə həyata keçirilən tədbirlərdən məmnunluqlarını bildirib və belə görüşlərin ənənəvi xarakter almasını müsbət qiymətləndiriblər.

 

Digər xəbərlər
Dünən
23 Mart

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə