Ərdoğan: NATO S-400 raketlərinə etiraz etmir

Ərdoğan: NATO S-400 raketlərinə etiraz etmir

NATO, ABŞ-dan fərqli olaraq, Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksləri almasının əleyhinə deyil.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Burdur şəhərində çıxışı zamanı bildirib. “ABŞ bizi hər zaman dilə tutur ki, S-400-dən vaz keçin. Biz nə üçün vaz keçməliyik? Siz Türkiyəyə zenit-raket kompleksləri satılmasında heç bir addım atmamısınız. Bizim isə müxtəlif sistemlərdən istifadə etmək haqqımız var. NATO-dan aydın şəkildə söylədilər ki, bu, onlar üçün hər hansı problem yaratmayacaq. NATO üzvü olan Yunanıstanda illərdir ki, S-400 var, amma siz ona heç nə demirsiniz”, - Ərdoğan çıxışında belə deyib.

Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksləri almasına dair 2017-ci ildə imzalanmış saziş Ankara və Vaşinqton arasında diplomatik mübahisəyə səbəb olub. ABŞ türkiyəli həmkarlarının S-400-dən imtina edərək Amerikanın Patriot sistemlərini almasında təkid edir. Türkiyənin hakimiyyət orqanları dəfələrlə bəyan ediblər ki, Patriot alacaqları təqdirdə belə, S-400-dən imtina etməyəcəklər. Ərdoğan administrasiyasının fikrincə, bu məsələlərin bir-biri ilə bağlılığı yoxdur.

Türkiyənin müdafiə naziri Hülusi Akar qeyd edib ki, S-400 zenit-raket komplekslərinin tədarükünə bu ilin oktyabrında başlanacaq. Söhbət 2,5 milyard dollarlıq dörd S-400 diviziyasından gedir.

Digər xəbərlər
Dünən
23 Mart

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə