Kerç boğazındakı Türkiyə gəmiləri 3 həftədir yanır

Kerç boğazındakı Türkiyə gəmiləri 3 həftədir yanır

Qara dənizdə yanvarın 21-də qəzaya uğramış Türkiyə gəmilərində yanğın hələ də söndürülməyib.

REAL xəbər verir ki, Türkiyənin “Milenyum Denizcilik Gemi” şirkətinə aid “Maestro” və “Kandi” gəmilərində yanğın üç həftədir davam edir.

Rusiya Dəniz və Çay Nəqliyyatı Federal Agentliyindən bildiriblər ki, Türkiyə şirkəti ilə əlaqə saxlanılır. Yanğının söndürülməsi üçün mütəmadi tədbirlər görülür.

Xatırladaq ki, yanğının maye qazın bir gəmidən digərinə ötürülməsi zamanı baş verdiyi ehtimal olunur. Hadisə nəticəsində iki gəmidə olan 31 dənizçidən yalnız 12 nəfəri xilas etmək mümkün olmuşdu.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə