AFFA “Qəbələ”nin baş məşqçisini cəzalandırdı

AFFA “Qəbələ”nin baş məşqçisini cəzalandırdı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclasında Azərbaycan Premyer Liqasının XVI turunun oyunlarında hüquq pozuntularına baxılıb və qərarlar qəbul edilib.

"Sabah"ın futbolçusu Marko Deviç "Qəbələ" ilə qarşılaşmanın 45-ci dəqiqəsində ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Klub Deviçə görə 200 manat cərimələnib. Təcrübəli forvard növbəti turda "Səbail"lə səfər görüşünü buraxmalı olacaq. 

Komitə "Qəbələ"nin baş məşqçisi Zaur Həşimovu və 2 futbolçunu cəzalandırıb. Həşimov "Sabah" komandası  ilə səfər matçının 90+5-ci dəqiqəsində texniki zona qaydalarını pozub. O, 1 oyunluq diskvalifikasiyaya, klubu isə 800 manat cəriməyə məruz qalıb. Həşimov növbəti tur "Qarabağ"la səfər qarşılaşmasında texniki zonada yer ala bilməyəcək. Bu matçda yerli komandadan Elvin Yunuszadə də iştirak etməyəcək. Səbəb Səbail"in müdafiəçisinin “Zirə” ilə ev oyununun 81-ci dəqiqəsində ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılmasıdır. Yunuszadə 1 oyun cəzaya, klubu 200 manat cəriməyə məruz qalıb. 

“Sumqayıt” – “Qarabağ” matçında meydan sahiblərinin 5, qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandırılıb. Hər iki klub 800 manat cərimələnib. "Neftçi" ilə oyununda 5 futbolçusu sarı vərəqə alan "Keşlə" də 800 manat cərimələnib. 

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə