Böyük Britaniya Baş nazirinin ticarət elçisi Azərbaycana gələcək

Böyük Britaniya Baş nazirinin ticarət elçisi Azərbaycana gələcək

 Böyük Britaniyanın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Emma Nikolson Azərbaycana səfər edəcək.

REAL xəbər verir ki, bunu “Report”a açıqlamasında Britaniyanın Azərbaycandakı səfiri Kerol Krofts deyib.

O bildirib ki, E.Nikolson fevralın 20-də Bakıda keçiriləcək Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin iclasında iştirak edəcək: “Gələn həftəyə planlaşdırılan səfər çərçivəsində Emma Nikolson bir sıra rəsmi görüşlər keçirəcək, iki ölkə arasında ticarət əlaqələrinin inkişafı məsələlərini müzakirə edəcək.

Bundan başqa, görüşlər çərçivəsində Böyük Britaniyanın plastiklərlə bağlı strategiyası barədə Azərbaycan hökuməti ilə danışıqlar aparılacaq. Bu iki ölkənin qlobal çağırış kampaniyasına verdiyi birgə töhfə olacaq”.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə