Peşə kurslarını bitirənlər işlə təmin edilib

Peşə kurslarını bitirənlər işlə təmin edilib

Keçən ilin noyabr-dekabr ayları ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən peşə hazırlığına cəlb edilən 242 nəfər cari ilin yanvar ayı ərzində peşə təlimini uğurla başa çatdırıb. Onlardan 141 nəfəri qadınlardır.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindənREAL-a verilən məlumata görə, peşə kurslarını bitirmələri barədə onlara sertifikatlar təqdim olunub, yeni yiyələndikləri peşələr üzrə məşğulluqlarının təmin edilməsi üçün işlərə başlanılıb. Kursları bitirən 142 nəfərdən artıq 50 nəfərinin xidmət tərəfindən işlə təminatı həyata keçirilib.

Aktiv məşğulluq tədbirlərindən biri olan peşə hazırlığı kurslarının təşkili işsiz və işaxtaranların əmək bazarına çıxışının təmin olunması məqsədinə xidmət edir. Peşə və ixtisası olmayan, yaxud peşə bacarığına uyğun iş tapılmasında çətinlik yaranan şəxslər Dövlət Məşğulluq Xidməti tərəfindən peşə hazırlığına cəlb edilirlər.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə