Rusiyanın müdafiə naziri Türkiyəyə səfər edəcək

Rusiyanın müdafiə naziri Türkiyəyə səfər edəcək

Bu gün Rusiyanın müdafiə naziri Sergey Şoyqu Türkiyəyə səfər edəcək.

“Report” “Thmhaber”ə istinadən xəbər verir ki, Türkiyənin milli müdafiə naziri Hulusi Akarın dəvəti əsasında baş tutacaq.

İki ölkənin müdafiə nazirləri Ankarada görüşəcəklər. H.Akarla S.Şoyqu Suriya böhranı üzrə Soçidə keçiriləcək Türkiyə, Rusiya və İran prezidentlərinin görüşündən əvvəl bölgədəki vəziyyət müzakirə edəcəklər. 

Qeyd edək ki, fevralın 14-də Soçidə Türkiyə, Rusiya və İran prezidentləri Rəcəb Tayyib Ərdoğan, Vladimir Putin və Həsən Ruhani arasında görüş keçiriləcək.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə