İranda 5,2 bal gücüdə zəlzələ: yaralılar var

İranda 5,2 bal gücüdə zəlzələ: yaralılar var

İranın cənubundakı Hörmüzgan vilayətində 5,2 bal gücündə zəlzələ olub.

İRNA informasiya agentliyinin xilasetmə xidməti idarəsinin nümayəndəsinin yaydığı məlumata görə, zəlzələ nəticəsində biri 17 yaşında qız olmaqla, üç nəfər yaralanıb, 15 yaşayış binası zədələnib.

Zərər çəkənlərin hamısı təxliyə olunaraq xəstəxanalara yerləşdirilib.

Yeraltı təkanlar bazar günü yerli vaxtla saat 14:24-də (Bakı vaxtı ilə 14:54) qeydə alınıb. Zəlzələ ocağı yerin 10 kilometr dərinliyində yerləşib.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə