Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) təşəbbüsü ilə “Azərpoçt” MMC-nin tərkibində yaradılan "Şəbəkə" xidmət mərkəzlərinin fəaliyyətə başlamasından 2 il keçir.
REAL xəbər verir ki, bu münasibətlə “Şəbəkə” xidmət mərkəzinin “Facebook” sosial şəbəkəsindəki rəsmi səhifəsində – https://www.facebook.com/shebeke.az/ müsabiqə keçirilib.
Müsabiqədə iştirak edərək “Şəbəkə” mərkəzlərinin göstərdiyi xidmətlər barədə 3 suala doğru cavabı yazan ilk 5 səhifənin izləyicisi qalib olub.
Qaliblər bu gün “Azərpoçt” MMC tərəfindən smartfon telefonlarla mükafatlandırılıb. Eyni zamanda, "Şəbəkə"nin fəaliyyətində xüsusi fərqlənən əməkdaşlara da təşəkkürnamələr təqdim olunub.
Hazırda respublika üzrə 9 “Şəbəkə” xidmət mərkəzi fəaliyyət göstərir. Onlardan 6-sı paytaxt Bakıda, digər 3-ü isə Cəlilabad, Zaqatala və Sumqayıt şəhərlərində yerləşir.