“EKOL” zirvədən endi

“EKOL” zirvədən endi

Futzal üzrə Azərbaycan Yüksək Liqasında XVII turun oyunları keçirilib.

REAL xəbər verir ki, ilk oyun gözlənildiyi kimi son çempion “Araz”ın böyük hesablı qələbəsi ilə başa çatıb. Amma qış fasiləsində heyətini gücləndirən “Yasamal” kollektivi təcrübəli rəqibinə ciddi müqavimət göstərə bilməyib.

Naxçıvan təmsilçisinin 12 qoluna rəqib cəmi 4 dəfə cavab verə bilib. Turun mərkəzi oyununda isə qış fasiləsindən sonra ilk dəfə meydana çıxan EKOL və “Xəzər Cənub” üz-üzə gəliblər. İlk dəqiqələrdən daha yaxşı oyun nümayiş etdirmiş cənublular 5-2 hesablı qələbəyə seviniblər. Turun son oyunu “Neftçi”nin qələbəsi ilə yadda qalıb. Hacıbala Abdullazadənin yetirmələri “Liman” komandasını 11:2 hesabı ilə üstələyiblər. Beləliklə məlum nəticələrdən sonra xal sayını 34 çatdıran “Araz” turnir cədvəlində birinci yerə yüksəlib. “Neftçi” 33 xalla ikincidir. Ən güclü üçlüyü aktivində 32 xalı olan EKOL tamamlayır.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə