Mir Şahinin vaxtı (VİDEO, 03.02.2019)

Mir Şahinin vaxtı (VİDEO, 03.02.2019)

...Bu gün Sevinc Osmanqızı Əli Kərimlinin liderliyini qəbul edərək ona açıq dəstək verməkdədir və burda ən küt adama da bəllidir ki, Osmanqızı artıq jurnalistikada deyil, bəlkə də özünü az qala gələcək spiker hesab edir. Və bu adam nədənsə İskəndər Həmidovun üzərinə gedir. Axı İskəndər Həmidov və Əli kərimli eyni siyasi platformanın artıqlarıdır. Biri yaşlı, biri yaşsız. Və Sevinc Osmanqızı İskəndər Həmidovun nə vaxtsa jurnalisti döydüyünü ona irad tutur, hətta heç vaxt İskəndər Həmidova rəğbət bəsləməyəcəyini deyə bilir, amma bu mövzuda susur ki, 1992-ci ilin sentyabrında dövlət katibi Əli Kərimli yeganə məmur oldu ki, Həmidovun həmin hərəkətini pisləmədi.

Hətta Elçibəy belə jurnalistlərin ona müraciətinə cavab verdi. Bu hadisədə mətbuatın tərəfini saxladı. Əli Kərimli isə öz qorxaq xarakterindən irəli gələn susqunluqla gizləndi. Mənim sualıma isə, təxminən belə cavab verdi ki, hərəkatdakı xidmətləri İskəndər Həmidova bəzən belə şıltaqlıqlar etməyə əsas verir. Sitatın sonu. Sevinc bunu bilmir? Bilmirəm. Amma cavabın “hə”si də “yox”u da onun xeyrinə işləmir.

Və bu gün Sevinc Osmanqızı-Qənimət Zahid-Əli Kərimli üçlüyü gülməli vəziyyətdədir. Bu adamlar xalqa gələcək vəd edirlər. O gələcək ki, fərt eləyib İskəndər Həmidovun burnundan düşüb. Deməli o gələcək İskəndər Həmidova oxşayacaq. Başqa tərəfdən də Əli-Sevinc-Qənimət İskəndərlə vuruşur, deməli həmin o gələcəklə. Və ən qəribəsi də budur ki, bu gün mən cəmiyyətdə Sevincin yox, İskəndərin üzərinə daha çox gedildiyini görürəm, baxmayaraq ki, İskəndərin təhlükəsi keçmişə aiddir, Sevicin təhlükəsi gələcəyə.

İndi özünüz qərar verin, hansı daha təhlükəlidir? Absurd teatr. Ümumiyyətlə, xaos müxalifətinin fəaliyyətini bütöv bir təzadlar sistemi şərtləndirir. Məsələn, yanvar ayının 26-a mitinq təyin edirlər. Amma mitinqə icazə verilmir. Mitinqə çıxmırlar, 20-30 adam nəyəsə cəhd edir, onları da saxlayırlar və bununla da hər şey bitir. Xaos müxalifətinin qabaqda gedən zənglisi Əli Kərimli bəyan edir ki, iqtidar mitinqdən qorxdu. Baxmayaraq ki. icazəsiz mitinqdə ala biləcəyi zərbələrdən qorxan özü və ətrafıdır.

Bir az keçir, Əli Kərimli Məhəmməd Əmin Rəsulzadənin yubileyinə bütün Məhəmməd Əmin sevərləri dəvət edir. Və tədbirə min adam belə qatılmır. Bu mövzuda susulur. Axı ətdirsə, pişik, pişikdirsə ət sualı həmişə aktualdır. Nə yaxşı ki, Azərbaycanı xaricdə ləyaqətli insanlarımız da təmsil edir. Məsələn, Ukraynada bir ailəni ölümdən xilas edənlərimiz kimi. Azərbaycanın kənardan imici yaxşı ki, Sevinc və Qənimət, Qurban və Emin kimilər hesabına formalaşmır.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə