Mir Şahinin vaxtı (VİDEO, 27.01.2019)

Mir Şahinin vaxtı (VİDEO, 27.01.2019)

...Davosda olanda xəbər aldıq ki, Mehman Hüseynovun iştirakı ilə baş verən insident ətrafında qaldırılmış ikinci cinayət işinə xitam verilib. Bu isə o deməkdir ki, hər hansı möcüzə baş verməsə, Mehman mart ayının əvvəlində azadlığa buraxılacaq. Və ikinci cinayət işinin ləğv edilməsi hadisəsini müxalifətin Məhsul hissəsi öz  ayaqlarına, əllərinə, başlarına yazmaqla sanki Prezidentin, Ali Cənabın alicənablığının nəticəsini ört-basdır etməyə çalışırdı. Böyük bir eyforiya var idi. Əli Kərimli və tribunadaşları artıq mübarizələrinin  asfalt gəmirmək, bankomat sındırmaq hissəsinə keçidlərini anons etməyə başlamışdılar. Bu meydanı doldurduq, indi ayrı meydan verin, icazə verməsələr icazəsiz aksiyalara başlayacağıq. Bircə rəhmətlik aspirantın yeri görünürdü ki, ayaqqabılarının hər tayını bir əlinə geyinib əcaib hərəkat rəqsinə çıxsın.

Bir sözlə 1989—91, 92-ci illərə, geriyə, doğru sürətlə irəliləyənlər ilk stansiyanı keçdiklərini düşünürdülər. Güruh yenidən bir motodrom əhval-ruhiyyəsindəydi. Bu deyirdi 20 min, o deyirdi 15, o deyirdi 15 min, bu deyirdi 20. Hətta kimsə stadiona toplanmış məhsulu adambaşı sayı ilə yox, kiloyla, tonla ölçməyi məsləhət görürdü. Bilirsiniz, Davosdan, zamanın zirvəsindən, planetar mövzuların müzakirəsindən, qlobus insanlarını düşündürən mövzulardan baxanda çox qəribə görünürdü bütün bunlar. Bir mitinqin ardınca başqasını, başqasının ardınca özgəsini, sonra daha bir əlahiddəsini tələb edib hər həftə tribunluq etmək də bir məşğuliyyətdir. Amma inanın ki, dünyanın ən böyük dövlətlərinin, ən nəhəng təşkilatlarının milyardlarla insanın qarnının aclığı, susuzluğu barədə düşündüyü bir Zirvədən Mehmanın qatıq aclığı gözə görünmür. Nə qədər diqqətlə baxsan da.  

Azərbaycan müxalifətinin anatomiyasını bilən, özü də təvzökarlıqdan uzaq olsa da deməliyəm ki, dərindən bilən biri kimi son zamanlar fəallaşan güruh parçasının önündə gedənlərin adını deyəsən tapmışam. Xaos müxalifəti. Bəli. Hər şeyi öz adı ilə çağırmaq lazımdır. Əli Kərilmli və onların boğazdaşları heç bir ciddi təlimata, yol xəritəsinə malik olmayan xaos qrupunun üzvləridir. Onlar əslində gözəl başa düşürlər ki, hakimiyyətə gəlmək uğrunda yox, müxalifətdə qalmaq uğrunda mübarizə aparırlar. Onların iqtidara gəlmək imkanları yoxdur. Nə savad, nə təcrübə, nə səriştə, nə də iradə baxımından. Müxalifətdə isə ancaq təsnifatını verdiyim formatdas qala bilərlər. Yəni 19 yanvar mitinqi göstərdi ki, qara güruh yalnız xaosa nail olmaq istəyir. Hətta çıxışları zamanı açıq çağırışlar edirdilər ki, hər bir kəs, hər bir toplu ayrı-ayrılıqda küçələrə çıxıb etiraz aksiyaları təşkil etsin. Bu xəttin qızğın tələbkarları arasında 3 nəfər xüsusilə seçilirdi.  Bunlardan biri Əli Kərimli idi ki, ona bir neçə dəqiqə sonra əyrıca qayıdacağıq. İkincisi Emin Milli idi ki, aksiyaların növbəti mərhələsində artıq Azərbaycanın iş adamlarına müraciət edir, onlara  xaos güruhuna necə maliyyə dəstəyi verməyin yollarını öyrədirdi.  Üçüncüsü isə özünü artıq çoxdan jurnalist kimi, bloger kimi yox, bir az Roza kimi, ağlınıza pis şey gəlməsin, Roza Atombayeva, bir az Burcanadze, bir az Timoşenkonu təqlid edən, Mehman Hüseynovun aclığı mövzusunda keçirilən  mitinqi isə şəxsən özünün youtube səhiıfəsinin uğuru kimi qələmə verən Sevinc Osmanqızıdır. Qan yanvarından bir gün əvvəl keçirilmiş mitinqdə dərhal bir həftə sonraya mitinq çağırmaq boşuna deyildi. İzdihama qoşulmuş, daha doğrusu Əli və boğqazdaşlarının keçmişindən xəbərsiz olaraq aldanmışların hesabına bir az da böyümək, gemişlənmək və 2003-cü ilin küçələrindən xatırladığımız daş davasını aparmaq səviyyəsinə çatmaq! Əsas məqsəd buydu. Əli Kərimli elə buna görə, bir ara hətta mərəkə deyəsən tutduğundan idi ki, hətta canımı fəda eləməyə belə hazıram, sizi mən axıra qədər aparacağam! Deməkdən də çəkinmədi. Amma bir tərəfdən də sözün düzünü dedi. Çünki o və onun ideyadaşları, istinad etdikləri dəyərlər yalnız axıra, sona apara bilir. Çünki, ortada böyük bir problem var. Bu problemin adı MƏSULİYYƏTSİZLİKDİR.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə