Bakıda sığınacağa 41 nəfər yerləşdirildi (VİDEO)

Bakıda sığınacağa 41 nəfər yerləşdirildi (VİDEO)
Sosial sığınacaqlar gücləndirilmiş rejimdə işləyir

Sosial sığınacağa yalnız 18 yaşından yuxarı şəxslər deyil, eyni zamanda baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar da yerləşdirilir.

Onlar üçün də ayrıca Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsi fəaliyyət göstərir. Burada isə 8-18 yaş arası 17 uşaq var. Müəssisənin direktorunun sözlərinə görə, dünən kəskin hava şəraiti ilə əlaqəədar olaraq bir nəfər Misir vətəndaşı sığınacağa gətirilib. 

Ehtiyacı olan şəxslərin sığınacaqlara yerləşdirilməsi üçün müvafiq Qərargah da yaradılıb. Qərargahla əlaqə nömrələri: (050) 669 33 66, (070) 669 33 66.dır. 

Vətəndaşlardan, gözlənilən təhlükəli hava şəraitində sosial sığınacağa ehtiyac duyan şəxslər, onların hazırda olduqları yer barədə qeyd olunan nömrələrə zəng vuraraq, habelə Nazirliyin 142-Çağrı mərkəzi ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş olunur.

Qeyd edək ki, Sosial Sığınacaqlar Kompleksi Sabunçu rayonunun Zabrat qəsəbəsində yyerləşir və 2016-cı ilin dekabrından fəaliyyət göstərir.

Digər xəbərlər
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə