Rəsmi Ankara ABŞ prezidentinə xəbərdarlıq edib

Rəsmi Ankara ABŞ prezidentinə xəbərdarlıq edib

"Türkiyə heç bir təhdiddən qorxmur və bunu dəfələrlə bəyan edib".

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Trampın Türkiyəyə qarşı səsləndirdiyi təhdidlərinə cavabında deyib.

Qeyd edək ki, Donald Tramp “twitter” səhifəsində Türkiyəni Suriyanın şimalında kürdlərə zərbə endirməkdən çəkinməyə çağırıb. Tramp Türkiyə kürdlərə qarşı əməliyyatlara başlayarsa, bu ölkəni iqtisadi sanksiyalara məruz qoya biləcəklərini deyib.

Bu arada, Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın ABŞ prezidentinin bu sözlərinə Twitter-dən cavab verib.

“Hörmətli Tramp, kürdləri ABŞ-ın da terror təşkilatları siyahısında yer alan PKK-nın Suriya qolu PYD/YPG ilə bir tutmaq böyük səhvdir. Türkiyə kürdlərlə deyil, terrorçularla mübarizə edir. Kürdləri və digər suriyalıları terror təhdidindən qoruyacağıq”-deyə o bildirib.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə