Yaponiyadan xüsusi avadanlıqlar gətirilir - VİDEO

Yaponiyadan xüsusi avadanlıqlar gətirilir - VİDEO

Badamdardakı sürüşmə ilə bağlı Yaponiyadan xüsusi avadanlıqlar gətiriləcək.

REAL-ın əldə etdiyi məlumata görə, Yaponiyanın bu sahə üzrə mütəxəssisləri yanvarın 21-də və 27-də Bakıya gələcək. Sözügedən avadanlıqlarla sürüşmə sahəsində işlərə start veriləcək.

Hazırda Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları hadisə yerində işlərini davam etdirir. Hazırda sürüşmənin dinamikasında aktivlik müşahidə edilmir. 

Qeyd edək ki, sürüşmə sahəsi ötən ilin oktyabrında Badamdar – 20-ci sahə avtomobil yolunun sağ kənarında baş verib. İntensiv yağışlardan sonra sürüşən torpaq qatının eni 250 metrdən, uzunluğu isə 200 metrdən çoxdur. Sürüşmə qatının hündürlüyü 15 metrdən artıqdır. O vaxtdan həmin yolda hərəkət məhdudlaşdırılıb və yamacda yerləşən 8 fərdi yaşayış evi boşaldılıb. 

Sürüşmə sahəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qərargahı yaradılıb. Bundan başqa Yaponiyadan mütəxəssis dəvət olunub. 

 

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə