Bir ildə 27 mindən çox mənzilə təbii qaz verilib

Bir ildə 27 mindən çox mənzilə təbii qaz verilib

SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi ötən ilin yanvar-dekabr ayları ərzində hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim olunan çoxmərtəbəli binalar üzrə təbii qazın verilməsini təmin edib. Qeyd edək ki, həmin binalarda ümumilikdə 27 min 598 ailə yaşayır.

"Azəriqaz"dan REAL-a bildiriblər ki, İstehsalat Birliyi təbii qazın satışı ilə məşğul olan bir qurum kimi zəruri sənədləri təqdim edib, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binanın ən qısa müddətdə "mavi yanacaq"la təmin olunmasında maraqlıdır.

Qeyd edək ki, "Azəriqaz" İstehsalat Birliyi çoxmərtəbəli binalara təbii qazın verilməsi istiqamətində fəaliyyətini davam etdirir.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə