42425 ailəyə birdəfəlik yardım verilib

42425 ailəyə birdəfəlik yardım verilib

Bu il dekabrın 19-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanan “Aztəminatlı ailələrə birdəfəlik yardım verilməsi haqqında” sərəncamın icrası artıq dekabrın 28-də tam təmin edilib.

Bu barədə REAL-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Sərəncama əsasən nazirlik 28 dekabr 2018-ci il tarixə ünvanlı dövlət sosial yardımı alan 42425 ailənin hər birinə 100 manat məbləğində birdəfəlik yardımın ödənişini həyata keçirib. Birdəfəlik yardım aztəminatlı ailələrin bank hesablarına köçürülüb.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə aztəminatlı ailələrə birdəfəlik yardım ödənilməsi üçün Sərəncam imzalanması dövlət başçısı tərəfindən bu kateqoriyadan olan ailələrin maddi təminatlarının yaxşılaşdırılmasına daha bir qayğısıdır.

Bununla yanaşı, aztəminatlı ailələrin sosial yardım proqramından asılılığının aradan qaldırılması, gəlirlərinin artırılması və kiçik biznes imkanlarına yiyələnmələri üçün də müvafiq işlər aparılır. Belə ki, cari ildə kiçik ailə təsərrüfatları yaratmaları üçün özünüməşğulluq proqramına cəlb edilən 7800 ailədən 1000-i məhz ünvanlı sosial yardım alan ailələrdən ibarətdir.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə