Erməni məşqçi ömürlük qovuldu

Erməni məşqçi ömürlük qovuldu
“Paxtakor”un müftəxoru

Futbol üzrə Özbəkistan milli komandasının sabiq baş məşqçisi Samvel Babayan futboldan ömürlük uzaqlaşdırılıb. Özbəkistan Futbol Federasiyasının yaydığı məlumatda erməni məşqçinin milli komandaya futbolçu seçimində maddi maraqlarını rəhbər tutduğu bildirilir. Məlumatda qeyd olunur ki, Samvel Babayanın işinə məsuliyyətsiz və qərəzli yanaşması Özbəkistan millisinin uğursuz çıxışına səbəb olub. Nəticədə yığma komanda Rusiyada keçiriləcək dünya çempionatına yollanmaq şansını itirib. Araşdırmalar nəticəsində məlum olub ki, erməni məşqçi “Paxtakor” klubunda çıxış edən futbolçuların da müqavilələrində dəyişiklik etməklə xeyli miqdarda pul mənimsəyib.  

Qeyd edək ki, erməni məşqçi 2015-ci ilin iyun ayından Özbəkistan milli komandasında çalışırdı.

Digər xəbərlər
Bu gün
Dünən