Nazirdən pensiyalarla bağlı açıqlama - VİDEO

Nazirdən pensiyalarla bağlı açıqlama - VİDEO

 "Artıq 42 min ünvanlı sosial yardım alan ailəyə Yeni il və 31 dekabr dünya azərbaycanlılarının həmrəylik günü münasibətilə 100 manat məbləğində vəsaitin ödənilməsi sabah başa çatacaq".

REAL xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Azərbaycan sosial müdafiə sisteminin inkişafı: dünən, bugün və sabah" mövzusunda keçirdiyi beynəlxalq elmi-praktik konfransda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. 

"2019-cu ildə pensiyaya çıxacaq şəxslərin 70 faizinin pensiya təminatı avtomatlaşdırılmış formada həyata keçiriləcək. İl ərzində pensiyaya çıxan 53 min insanın 36 mini bu mexanizm çərçivəsində öz pensiyasını alacaq. 2019-cu ildən Azərbaycanda pensiya yaşı tamam olan, pensiya hüququ qazanan şəxslərin 70 faizi heç bir sənəd toplamadan, heç bir idarəyə getmədən doğum günündə pensiya təyinatı alacaqlar. Ya sms, ya email, ya da məktub vasitəsilə onlara bu barədə məlumat veriləcək. Onlara pensiyalarının məbləği, hansı bankdan kartlarını götürə biləcəkləri barədə məlumat veriləcək. Gələn il digər 30 faiz güzəştli şərtlərlə pensiyaya çıxan şəxslərlə bağlı da qanunvericilik bazasının hazırlayacağıq", - deyə nazir qeyd edib.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə