Sosial mənzillər satışa çıxarılır - QİYMƏTLƏR, VİDEO

Sosial mənzillər satışa çıxarılır - QİYMƏTLƏR, VİDEO
Güzəştli şərtlərlə ümumilikdə 174 mənzil satılacaq

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) ilk layihəsi - Yasamal Yaşayış Kompleksində mənzillərin güzəştlə satış tarxini elan edib. Yasamal rayonu, Xarici dairəvi yolu, 8 ünvanında yerləşən Yasamal Yaşayış Kompleksinin 1-5 saylı binaları üzrə 46 mənzilin, həmçinin 6 və 7 saylı binalarında yerləşən 128 mənzilin, ümumilikdə 174 mənzilin satışı gələn il yanvarın 25-də saat 11:00-da başlayacaq və fevralın 8-i saat 11:00-dək davam edəcək.

Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzillərin əldə edilməsi “Elektron hökumət” portalı üzərindən (www.e-gov.az) “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.

Yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdirlər. Elektron kabinetə sahib olmuş bütün vətəndaşların qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq, mənzillərin seçimində bərabər hüququ var. 

Satışa ümumilikdə 174 mənzil çıxarılır. Məlumata görə, bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur.

Vətəndaşlara güzəştli şərtlərlə təklif olunan mənzillərin satış qiyməti İpoteka və Kredit Zəmanət Fondu tərəfindən təyin edilmiş orta bazar qiymətindən aşağı müəyyən olunub. 1 otaqlı mənzillərin qiyməti 29 954 manatdan, 2 otaqlı mənzillərin qiyməti 47 614 manatdan, 3 otaqlı mənzillərin qiyməti 65 959 manatdan başlayır.

Mənzilə güzəştli ipoteka krediti vasitəsilə sahib olmaq istəyən vətəndaş minimal 10 fazilik ilkin ödənişdən artıq ödənilən məbləğə görə, mənzilin satış qiymətini tam həcmdə öz vəsaiti hesabına birdəfəlik ödəyən vətəndaş isə bütün məbləğə əlavə 10% endirim əldə edəcək.

Belə ki, mənzilə öz vəsaiti hesabına birdəfəlik ödəniş edərək sahib olmaq istəyən vətəndaş üçün 1 otaqlı mənzil 26 959 manata, 2 otaqlı mənzil 42 853 manata, 3 otaqlı mənzil isə 59 363 manata başa gələcək. 
 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə