Fransalı senatordan Avropa İttifaqına çağırış

Fransalı senatordan Avropa İttifaqına çağırış
"Rusiyaya qarşı iqtisadi sanksiyaların heç bir təsiri olmayacaq".

Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi iqtisadi sanksiyaların heç bir faydası yoxdur.

Bu barədə fransalı senator Xristafor Andre Fraussa bildirib. Onun fikrincə, Rusiyaya qarşı tətbiq edilən Avropa İttifaqına sanksiyalar absurddur.

“Düşünürəm ki, bu üsul ilə Rusiyaya təzyiq etmək faydasızdır. Bu uzun müddət davam etməz. Avropa İttifaqı bununla vaxt itirir. Mən şəxsən bu sanksiyaları dəstəkləmirəm. Çünki dövlətlə danışıqlar masasına oturmaq üçün ayrıcı fərdlərdən istifadə etmək gülüncdür”, - deyə Andre Fraussa bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqı Rusiyaya başqa üsullarla təzyiqlər etməlidir: “Düşünürəm ki, Rusiyaya tam fərqli aspektdən yanaşmaq lazımdır. Bu baxımdan da, Rusiyaya təzyiqləri tam başqa üsullarla artıqmaq olar”.
 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər