İlin ən yaxşı memarlıq layihəsi (FOTO)

İlin ən yaxşı memarlıq layihəsi (FOTO)

Budapeştdəki etnoqrafiya muzeyinin yeni binası daşınmaz əmlak sahəsində International Property mükafatının versiyası üzrə ilin memarlıq layihəsi seçilib.

REAL təşkilatın rəsmi saytına istinadla xəbər verir ki, Budapeşt muzeyi ilə yanaşı, bu nominasiyada qələbəyə 115 şəhərdən 1700 layihə iddia edirdi.

Mükafatın münsiflər heyəti muzeyi layihələndirən Macarıstan memarlıq studiyasının işini qiymətləndirib və qeyd edib ki, binanın sadə, lakin dinamik dizaynı yerləşdiyi parkın təbiəti ilə ahəngdar şəkildə uzlaşdırılıb. Layihənin əlavə müsbət cəhəti tikilinin 60 faizinin yer səthindən aşağıda yerləşməsi olub. Bu da onun ətraf mühitə daha çox adaptasiyasına imkan yaradıb.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə