7 oğul istərəm, bircə dənə qız gəlin… (VİDEO)

7 oğul istərəm, bircə dənə qız gəlin… (VİDEO)
Gender problemi hökuməti də, beynəlxalq təşkilatları da narahat edir

Azərbaycanda Gender əsaslı cinsi seçimin qarşısının alınması və aidiyyəti cavab tədbirlərinin görülməsinə dair Milli Fəaliyyət Planı layihəsinin təqdimatında ölkədə kişilərin sayının qadınlarla nisbətdə artması məsələsinə xüsusi diqqət ayrılıb.

BMT-nin Əhali Fondunun baş müşaviri Fərid Babayev bildirib ki, uşaqların cinsə görə seçilməsi problemi onları narahat edir. Onun sözlərinə görə, əvvəllər yalnız Cənub-Şərqi Asiyada müşahidə edilən bu problem artıq Azərbaycan da daxil olmaqla bütün Cənubi Qafqaz və Şərqi Avropanın bir sıra ölkələrində özünü biruzə verir.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev isə bildirib ki, bu gün ölkədə demoqrafik sabitlik hökm sürür. Nazir bildirib ki, doğulanların cins strukturunda 1990-cı illərin əvvəllərindən doğulanlar arasında qız uşaqlarına nisbətdə oğlan uşaqlarının artımı, cins nisbətinin pozulması müşahidə olunur.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə