Kolumbiya Seneqalı Minayla vurdu (FOTO)

Kolumbiya Seneqalı Minayla vurdu (FOTO)
Yaponiyalılar məğlubiyyətə sevindilər

Futbol üzrə Dünya çempionatında H qrupunda da mübarizə başa çatıb. 3 turluq marafonun sonunda Kolumbiya və Yaponiya milliləri növbəti mərhələyə adlayıblar.

Kolumbiyalılar Seneqal seçməsini üstələyərək buna nail olublar. Cənubi amerikalılar ikinci yarıda afrikalıların müqavimətini qırıblar. 74-cü dəqiqədə Yerri Mina Kolumbiyanı önə çıxarıb. Qalan vaxtda qapılara başqa qol vurulmayıb və kolumbiyalılar minimal hesablı qələbə sayəsində yollarına davam edirlər.

Bu nəticə isə həm də yaponiyalıların işinə yarayıb. Asiyalılar heç bir iddiası qalmayan Polşaya uduzsalar da, istəklərinə çatıblar. Polşalıların yeganə qolunu saatın tamamında Yan Bednarek vurub, 1-0. Beləliklə, qələbə Polşa kollektivini sevindirmədiyi kimi, Yaponiya komandasını da üzməyib.

Digər xəbərlər
Dünən
18 Avqust

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə