Mikayıl Müşfiq ata ocağında yad edildi - FOTO

Mikayıl Müşfiq ata ocağında yad edildi - FOTO

Xızı rayonunda Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Mikayıl Müşfiqin anım tədbiri keçirilib.

Sayadlı kəndində şairin 110 illiyinə həsr olunan tədbir keçirilib.

Poeziya bayramına çevrilən tədbirdə Mədəniyyət Nazirliyi, rayon ictimaiyyəti nümayəndələri, eləcə də şairin ecazkar poeziyasının pərəstişkarları iştirak edib.

Onu da bildirək ki, Azərbaycan prezidenti İlham Əliyev Mikayıl Müşfiqin 110 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

Mikayıl Mirzə Əbdülqadir oğlu İsmayılzadə 1908-ci il iyun ayının 5-də Bakıda ziyalı ailəsində anadan olub. M. Müşfiq əslən Xızı rayonundandır. O, 1938-ci ildə repressiya dövründə güllələnib.

Digər xəbərlər
Dünən
16 Noyabr

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə